Robot güləşçimiz olimpiada qalibi oldu olaylar

21 May 2014 11:52
Robot güləşçimiz olimpiada qalibi oldu olaylar

Bu günlərdə Rumıniyanın paytaxtı Buxarest şəhərində beynəlxalq ''İnfoMatrix'' Olimpiadası keçirilib. Mincom.gov.az xəbər verir ki, ARDNŞ-nin qrant layihələri hesabına fəaliyyət göstərən Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinə daxil olan Qafqaz Universitetinin İnformasiya Kommunikasiya Texnologiyaları Elmi Tədqiqat Mərkəzi (İKTETM) ''İnfoMatrix'' Olimpiadasında iştirak edib. Qafqaz Universiteti İKT Elmi Tədqiqat Mərkəzinin Robototexnika qrupunun ''QUsumo'' komandasının hazırladığı LEGOSUMO yapon güləş robotu bütün komandaların robotlarının məğlub etmiş və qızıl medala layiq görülüb. Qafqaz Universiteti kompyuter mühəndisliyi ixtisasında təhsil alan Əsəd Məmmədov və Tərlan Bəkirlinin iştirak etdiyi bu olimpiada dünyada robot sahəsində ən nüfuzlu olimpiada kimi qəbul olunur. Qeyd edək ki, olimpiada dünyada zonalar üzrə 5 ölkədə təşkil olunur və dərəcəyə daxil olan komandalar finala vəsiqə qazanırlar.