Robot Proqramlaşdırma yarışının qalibləri bəlli oldu

09 May 2014 09:41
Robot Proqramlaşdırma yarışının qalibləri bəlli oldu

Qafqaz Universiteti İKT Elmi Tədqiqat Mərkəzinin təşkil etdiyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “AzRoboHack - I” Respublika Robot Proqramlaşdırma yarışı sona çatıb.

Məlumat üçün qeyd edək ki, layihənin məqsədi tələbələrin potensialını ortaya çıxarmaq, az vaxtda çox iş görmək bacarığını inkişaf etdirmək, onların robototexnikaya olan marağını artırmaqdır.
Müsabiqədə iştirak etmək üçün Qafqaz Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti və digər ali təhsil ocaqlarında, ümumilikdə, 55 komanda qeydiyyatdan keçib. Aparılan bir neçə seçim müsabiqəsi nəticəsində 10 komanda final mərhələsinə vəsiqə qazanıb.
5-6 may tarixlərində keçirilən final mərhələsində 4 komanda mükafatçılar siyahısına adını yazdıra bilib.
- Birinci yer - “Huggies” komandası, mükafat 500 AZN
- İkinci yer - BDU-nun “Tətbiqçi” komandası, mükafat 300 AZN.
- Üçüncü yerlər - “RoboOlimp” və “Crerobotative” komandaları, mükafat hər bir komandaya 200 AZN.
Qeyd edək ki, müsabiqədə iştirak edən digər komandalar iştirakçı sertifikatı ilə təltif olunublar. Yekun olaraq, bütün iştirakçı komandalar İKT Elmi Tədqiqat Mərkəzinin gələcək layihələrinə qoşulmağa dəvət olundular.