Yeni Fikir Müsabiqəsinin yarımfinal proqramı başa çatdı

15 Mar 2014 18:00
Yeni Fikir Müsabiqəsinin yarımfinal proqramı başa çatdı

QUTechnopark-ın təşkilatçılığı ilə sahibkarlığın inkişafına dəstək məqsədi ilə keçirilən Yeni Fikir Müsabiqəsi 2014 layihəsi əsasında yarımfinal proqramı keçirildi. Yarımfinal proqramı QUTechnopark-ın seminar salonunda baş tutdu.

168 iş fikri komandasının (layihə qrupunun) mübarizə apardığı yarışmada 24 layihə yarımfinala vəsiqə qazanmışdı. Martın 15-də keçirilən yarımfinal proqramında 24 iş fikri komandası öz təqdimatları ilə münsiflər heyəti qarşısında, iş fikirlərinin real biznesdə daha rəqabətli olduğunu iddia edərək, finala vəsiqə qazanmaq uğrunda yarışdılar.

Yarımfinal təqdimatlarının nəticələrinə əsasən, real biznesə ən yaxın 10 iş fikrinin (layihənin), Münsiflər Heyəti tərəfindən finalda yarışmasını uyğun gördü.

           

Finala vəsiqə qazanan layihələr aşağıdakılardır:

(Layihələr əlifba sırası ilə verilmişdir)

  • Antiviruslar.az
  • BethClip
  • EnWo
  • GriG
  • Səslə idarə etmə prototipi
  • Spark Studio
  • Şparqalka Fənlər
  • Tomi`s Aerial Vehicle
  • Tuning Fork
  • YolDaş

 

Finala vəsiqə qazanmış layihələrin inkişafına əlavə təlimlərlə yanaşı, mentor dəstəyi də veriləcəkdir.  

Qeyd edək ki, YFM 2014 əsasında ən yaxşı 5 iş fikri layihəsi seçiləcəkdir. Həmin layihələrin şirkətləşməsi istiqamətində komandaların iş şəraitini təmin etmək üçün QUTechnopark-da fəaliyyət göstrərn İnkubasiya Mərkəzində, zəruri ehtiyacları ilə təmin olunmuş ofislə, təmin olunacaq.  Ofislər qalib gələcək iş fikri komandalarına bir il müddətinə pulsuz veriləcəkdir. Bundan əlavə 1-ci yer üçün 10000 manat, 2-ci yer üçün 5000 manat, 3-cü yer üçün isə 3000 manat pul mükafatı da ayrılıb. Ayrılan pul mükafatları iş fikirlərinin şirkətləşməsi istiqamətində xərclənməsi üçün nəzərdə tutulub.