QUTechnopark-ın təşkil etdiyi sahibkarlığa dəstək layihəsi çərçivəsində yeni fikir müsabiqəsi elan etmişdir

10 Jan 2014 15:00
QUTechnopark-ın təşkil etdiyi sahibkarlığa dəstək layihəsi çərçivəsində yeni fikir müsabiqəsi elan etmişdir

Qafqaz Universiteti Texnologiya Parkının (“QUTechnopark”) təşkil etdiyi sahibkarlığa dəstək layihəsi çərçivəsində yeni fikir müsabiqəsi elan etmişdir. 
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, “QUTechnopark” bu layihəni həyata keçirməklə ölkədə sahibkarlığın inkişafına dəstək verir. Eyni zamanda, gənclər arasında bu sahədə təşəbbüskarlığı təşviq edir. Yeni fikir müsabiqəsi təşəbbüskar gənclərlə iş dünyası arasında körpü rolunu oynayır.
Müsabiqədə Azərbaycanda yaşayan bütün gənclər iştirak edə bilərlər. Yeni fikir müsabiqəsi “QUTechnopark”ın həyata keçirdiyi müxtəlif layihələrdən biridir.
Layihənin missiyası “QUTechnopark”da yüksək texnologiyaların inkişafı üçün önəmli olan ekosistemin formalaşdırılmasına zəmin hazırlamaq informasiya-kommunikasiya texnologiyalarının inkişafına, təşəbbüskar gənclərə öz şirkətlərini qurmaqda dəstək verməkdir. 
Müsabiqənin məqsədi texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə verməkdir. Bu sahələr isə mobil proqramlar, internet, proqram təminatı, xidməti proqramlar (software as a service), yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyaları və istehlakçı elektronikası, səhiyyə sahəsində informasiya texnologiyalarının geniş tətbiqi və sairdir. 
Müsabiqə “QUTechnopark”, İnformasiya-Kommunikasiya Texnologiyaları Elmi Tədqiqat Mərkəzi, Qafqaz Universiteti, Sahibkarlığın İnkişafı və Tədqiqatları Mərkəzi, “İEEE” Azərbaycan şöbəsi və digər müvafiq qurumlar tərəfindən reallaşdırılır.