QUTechnopark "PR olduğu kimi" seminarını keçirdi.

28 Oct 2013 20:36
QUTechnopark "PR olduğu kimi" seminarını keçirdi.

Müxtəlif layihələrlə sahibkarlığın inkişafına dəstək verən QUTechnopark Təşəbbüskarlıq seminarları silsiləsindən növbəti seminarı keçirdi.

26 oktyabr 2013-cü il tarixində keçirilən seminar Reklam və PR agentliyi, FMCG, avtomobil, telekommunikasiya sahələrində marketing, satış, reklam, müştəri xidməti, ictimayyətlə əlaqələr üzrə 10 ilə yaxın iş təcrübəsi olan,  hazırda Azercell Telekom MMC-nin əməkdaşı Ceyhun Sadıqovun təqdimatında "PR olduğu kimi" mövzusunda təşkil edildi. Seminarda müxtəlif universitetlərin tələbə və magistrları, eləcə də məzunları iştirak etdi.

Seminar mövzu əsasında aşağıdakı sahələr üzrə təqdimatlar aparıldı:

 

 

  • PR nədir və nə PR deyil
  • PR-ın funksiya və prinsipləri
  • PR strategiya və taktiki PR
  • Praktiki PR
  • Uğurlu PR mütəxəssis üçün vacib olanlar
  • Azərbaycanda effektiv PR alətlər
  • Dünyada məşhur brendlərdən maraqlı kesyslər

Xatırladaq ki, ”Təşəbbüskarlıq Seminarları” Sahibkarlığın inkişafına dəstək layihəsidir.Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təşəbbüskar yanaşmanı inkişaf etdirməkdir. Bu aspektdə həyata keçirilən programlarda universitet-sənaye əməkdaşlığı inkişaf etdirməklə yanaşı, təşəbbüskar gənclərlə iş dünyasının təcrübəli şəxsiyyətlərinin ortaq müzakirələri təmin olunur.

Şənbə Günləri keçirilən Təşəbbüskarlıq seminarları  müxtəlif təlimçilər tərəfindən təqdim olunan seminarlar gənclər arasında sahibkarlıq yanaşmalarının inkişaf etdirilməsinə xidmət göstərir. Bu seminarlarda iştirak etmək hər kəsə açıqdır.