“PR olduğu kimi” seminarı keçirilib

29 Oct 2013 19:50
“PR olduğu kimi” seminarı keçirilib

Qafqaz Universitetində müxtəlif layihələrlə sahibkarlığın inkişafına dəstək verən QUTechnopark Təşəbbüskarlıq seminarları silsiləsindən növbəti seminarı keçirilib. 

 

Seminar Reklam və PR agentliyi, FMCG, avtomobil, telekommunikasiya sahələrində marketing, satış, reklam, müştəri xidməti, ictimayyətlə əlaqələr üzrə 10 ilə yaxın iş təcrübəsi olan,  hazırda Azercell Telekom MMC-nin əməkdaşı Ceyhun Sadıqovun təqdimatında "PR olduğu kimi" mövzusunda təşkil edilib. Seminarda müxtəlif universitetlərin tələbə və magistrları, eləcə də məzunları iştirak edib. Seminar mövzu əsasında PR nədir və nə PR deyil,  PR-ın funksiya və prinsipləri,  PR strategiya və taktiki PR,  Praktiki PR və digər mövzularda təşkil olunub. 

Xatırladaq ki, ”Təşəbbüskarlıq Seminarları” Sahibkarlığın inkişafına dəstək layihəsidir. Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təşəbbüskar yanaşmanı inkişaf etdirməkdir. Bu aspektdə həyata keçirilən programlarda universitet-sənaye əməkdaşlığı inkişaf etdirməklə yanaşı, təşəbbüskar gənclərlə iş dünyasının təcrübəli şəxsiyyətlərinin ortaq müzakirələri təmin olunur.

Şənbə Günləri keçirilən Təşəbbüskarlıq seminarları  müxtəlif təlimçilər tərəfindən təqdim olunan seminarlar gənclər arasında sahibkarlıq yanaşmalarının inkişaf etdirilməsinə xidmət göstərir. Bu seminarlarda iştirak etmək hər kəsə açıqdır.