Xəbərlər

Yeni Fikir 2017 Müsabiqəsinin qalibləri elan olundu‬

2017-06-10 20:07:27
Yeni Fikir 2017 Müsabiqəsinin qalibləri elan olundu‬ "Yeni Fikir 2017" startap müsabiqəsinin final mərhələsi və mükafatlandırma mərasimi keçirilib 2013-cü ildən etibarən hər il keçirilən "Yeni Fikir " startap müsabiqəsində öz iş fikri ilə biznesini qurmaq istəyənlər iştirak edirlər. Texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılması, təşəbbüskar düşüncənin inkişaf etdirilməsi, ölkənin və regionun inkişafında rol oynaya biləcək beynəlxalq rəqabətə dayanıqlı şirkətlərin formalaşdırılması layihənin əsas məqsədlərindəndir. Artıq 5-ci dəfədir keçirilən "Yeni Fikir" startap müsabiqəsinə indiyədək 842 layihə cəlb edilib. "Yeni Fikir 2017" Müsabiqəsi Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat Nazirliyi, Gənclər və İdman Nazirliyi və bir sıra şirkətlərin dəstəyi ilə həyata keçirilir. Bakı Mühəndislik Universitetinin təşkilatçılığı və Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının (AMEA YTP) əsas tərəfdaşlığı ilə reallaşdırılan...

"Coders Azerbaijan" Veb Proqramlaşdırmanı İntensiv tədris edərək peşəkar mütəxəsislər yetişdirir

2017-04-14 14:14:14
"Coders Azerbaijan" Veb Proqramlaşdırmanı İntensiv tədris edərək peşəkar mütəxəsislər yetişdirir BMU Texnoparkında fəaliyyət göstərən startaplardan biri "Coders Azerbaijan" veb proqramlaşdırma sahəsi üzrə təhsil fəaliyyəti göstərir.Universitetin İqtisadiyyat və İdarəetmə Fakültəsinin "Dünya İqtisadiyyatı" ixtisası üzrə 3-cü kurs tələbələri Seymur Həmidov və Pərviz Əsədzadə İKT sektorunda mövcud vəziyyəti araşdırarkən, belə nəticəyə gəliblər ki, hazırda bu sektorda veb proqramlaşdırma mütəxəsislərinə ciddi şəkildə ehtiyac var. Əldə etdikləri nəticəyə əmin olduqdan sonra, onlar "Coders Azerbaijan" startap layihəsini qurmağa qərar veriblər. Hazırda layihənin inkişafı BMU Texnopark tərəfindən dəstəklənir və uğurla davam etdirlir.   "Coders Azerbaijan" layihəsinin əsas məqsədi veb proqramlaşdırma sahəsinə maraq göstərənlər ilə eyni sahədə məşğul olan gənc və  peşəkar mütəxəssislərin əməkdaşlığını inkişaf etdirərməkdir. Layihənin hazırda təqdim etdiyi tədris programının müddəti 5 aydır və proqram intensiv şəkildə tədris edilir. "Coders Azerbaijan"nın tələbələri programı...

İş fikri ilə biznesini qurmaq istəyənlər üçün müsabiqə başlayır - Yeni Fikir 2017

2017-03-13 12:22:12
İş fikri ilə biznesini qurmaq istəyənlər üçün müsabiqə başlayır - Yeni Fikir 2017 Bakı Mühəndislik Universiteti Texnoparkı tərəfindən ildə bir dəfə keçirilən Yeni Fikir Müsabiqəsinə (YFM) start verildi. YFM gənclər arasında təşəbbüskarlığı (sahibkarlığı) təşviq edir, təşəbbüskar gənclərlə investorlar arasında körpü rolunu oynayır və startapların işinə dəstək verir.   YFM ildə bir dəfə keçirilir. Müsabiqədə irəli sürdüyü iş fikri ilə biznesini qurmaq istəyənlər iştirak edə bilər. İndiyədək 4 dəfə keçirilmiş YFM-yə 694 layihə cəlb edilmişdir ki, onlardan 30-u birbaşa (ilkin maliyyə dəstəyi, ofis, mentor və s. formada) dəstəklənmişdir. Dəstəklənmiş ideyalar arasında ölkəmizdə və xaricdə uğur qazanan, o cümlədən şirkətləşən layihələr mövcuddur. Digər layihələrə isə təlim və məsləhət xidmətləri şəklində dəstək verilmişdir.   YFM 2017 əsasında layihələrin qeydiyyatı zamanı aşağıdakı məqamlara əhəmiyyət verilir:   1.Ümumi məlumat (xülasə): Məhsul haqqında məlumat. Məhsul hansı problemi həll edir? Məhsulun formalaşdırılması hansı mərhələdədir? (ideya, ...

Yeni Fikir 2017 Müsabiqəsi başlayır

2017-03-11 15:25:35
Yeni Fikir 2017 Müsabiqəsi başlayır Bakı Mühəndislik Universiteti Texnoparkı tərəfindən ildə bir dəfə keçirilən Yeni Fikir Müsabiqəsinə (YFM) start verildi. YFM gənclər arasında təşəbbüskarlığı (sahibkarlığı) təşviq edir, təşəbbüskar gənclərlə investorlar arasında körpü rolunu oynayır və startapların işinə dəstək verir. YFM ildə bir dəfə keçirilir. Müsabiqədə irəli sürdüyü iş fikri ilə biznesini qurmaq istəyənlər iştirak edə bilər. İndiyədək 4 dəfə keçirilmiş YFM-yə 694 layihə cəlb edilmişdir ki, onlardan 30-u birbaşa (ilkin maliyyə dəstəyi, ofis, mentor və s. formada) dəstəklənmişdir. Dəstəklənmiş ideyalar arasında ölkəmizdə və xaricdə uğur qazanan, o cümlədən şirkətləşən layihələr mövcuddur. Digər layihələrə isə təlim və məsləhət xidmətləri şəklində dəstək verilmişdir.   YFM 2017 əsasında layihələrin qeydiyyatı zamanı aşağıdakı məqamlara əhəmiyyət verilir:   Ümumi məlumat (xülasə): Məhsul haqqında məlumat. Məhsul hansı problemi həll edir? Məhsulun formalaşdırılması hansı mərhələdədir? (ideya, prototip,test...

Məşhur mentor Kamran Elahian Bakı Mühəndislik Universitetində

2017-03-10 15:25:15
Məşhur mentor Kamran Elahian Bakı Mühəndislik Universitetində ABŞ-da yaşayan iş adamı, eləcə də sosial sahibkarlıq sahəsində tanınmış mentor Kamran Elahian Bakı Mühəndislik Universitetinin (BMU) qonağı olmuşdur. Əvvəlcə, qonaqla Universitetin rektoru professor Havar Məmmədov görüşdü. Görüşdə qonağa universitetin fəaliyyət istiqamətləri və potensial imkanları haqqında geniş məlumat verildi. Görüşdə gələcəkdə əməkdaşlıq imkanları da müzakirə edildi. Rektorla görüşdən sonra, Kamran Elahian Universitetin  professor-müəllim heyəti və tələbələri qarşısında təqdimatla çıxış etdi. 100 milyonlarla dollar dəyər ilə ölçülən 10 fərqli şirkətin təsisçisi olan K. Elahian öz həyatında qazandığı təcrübələri, nailiyyətləri və dünyada baş verən innovativ prosesləri, o cümlədən gələcəkdə gözlənilən texnoloji yeniliklər və onların ola biləcək nəticələri haqqqında geniş məruzə etdi. Maraqlı anlarla yadda qalan görüş tələbələrin də müzakirələrdə iştirakı ilə daha da səmərəli oldu. Görüşün sonunda iştirakçılar...

Yeni Fikir 2017 Müsabiqəsinə qeydiyyat başladı

2017-03-09 22:40:43
Yeni Fikir 2017 Müsabiqəsinə qeydiyyat başladı Bakı Mühəndislik Universiteti Texnoparkı tərəfindən ildə bir dəfə keçirilən Yeni Fikir Müsabiqəsinə (YFM) start verilib. Xeberler.az-ın məlumatın görə, YFM 2016 əsasında layihələrin qeydiyyatı zamanı aşağıdakı məqamlara əhəmiyyət verilir: -Ümumi məlumat (xülasə): Məhsul haqqında məlumat. Məhsul hansı problemi həll edir? Məhsulun formalaşdırılması hansı mərhələdədir? (ideya, prototip,test mərhələsi, aktiv satış) Məhsul üzərində nə vaxtdan işləyirsiniz? Layihədəki nəaliyyətləriniz nədir? -Məhsulun innovativliyi və texnoloji yeniliyi: İş fikrinin texnoloji-innovativ xüsusiyyətləri, faydaları, səmərəliliyi, texnologiya baxımından yenilikçi üstünlüklərini. -Bazar və rəqabət: Hədəf bazarın ölçüsü nə qədərdir? Qlobal və lokal bazarda məhsulun rəqibləri hansılardır? Hazırda neçə istifadəçi və ya neçə müştəriniz var? -Biznes Model: Məhsulun biznes modelini qısaca izah edin (necə pul qazandırır və ya qazandıracaq?) Məhsula bu günə qədər investisiya olunu...

"GrowthCoachBaku Ideation Lab" startap koçing və mentorluq programı başa çatdı

2016-12-23 18:53:05
"GrowthCoachBaku Ideation Lab" startap koçing və mentorluq programı başa çatdı  fəaliyyət göstərən "" layihəsi tərəfindən "" startap koçing və mentorluq programı 2016-cı il Sentyrabrın 16-dan başlamaqla, 15 həftə müdətində davam etmişdir. Proqram müddətində keçirilən sessiyalarda 100-ə yaxın magistr və bakalvr tələbəsi, həmçinin universitetdən kənar peşəkarlar iştirak etmişdir. İştirakçılar müasir startap modellərini və startap qurulmasının metodlarını öyrənməklə yanaşı, həm də öyrəndiklərini 15 həftə ərzində praktiki tətbiq edərək proqram müddətində öz startap layihələrini qurmuşdular. İştirakçılar əsasən Qafqaz Universiteti mənsubu olsa da, digər universitet və ya təşkilatlardan da gələnlər olmuşdur.   Dekabr ayının 23-də isə "" startap koçing və mentorluq programının final mərhələsi  keçirildi. 11 startap komandasının yarışdığı finalda münsiflər heyəti 3 komandanın işini fərqləndirdi. Belə ki, birinci yerə "SAFelektrik", ikinci yerə "Qaramel Comics", üçüncü yerə isə "iJobsOffer" startap layihələri layiq görüldü. ...

"Sosial layihələrin keşmə-keşli yolları" adlı seminar keçirildi

2016-12-02 16:53:17
"Sosial layihələrin keşmə-keşli yolları" adlı seminar keçirildi Qutexnoparkın həyata keçirdiyi "Təşəbbüskarlıq seminarları" layihəsi əsasında növbəti görüş keçirildi.   Bu dəfə təşəbbüskar gənclərlə görüşə ukraynalı mütəxəssis Yevgen Artamonov dəvət edilmişdi.   Əsasən sonuncu kurs tələbələrinin və startap layihələrdə fəaliyyət göstərən gənclərin  iştirak etdiyi görüşdə aşağıdakı məqamlar təqdim edildi:   Sosial sferada işlərin spesifikası həllərinin yaradılması Bu sferanın seçilməsinin səbələri Şəxsi motivlərin formalaşmasının xüsusiyyətləri Yeni səviyyəyə çıxış   Qeyd edək ki, Yevqen Artamonov "BioniX Tech, Inc." şirkətinin texniki direktoru olmağından əlavə, Ukrayna Dövlət Aviasiya İnstitununun dosenti və bir sıra elmiş işlərin müəllifidir.   Xatırladaq ki, "Təşəbbüskarlıq seminarları" sahibkarlığın inkişafına dəstək layihəsidir. Layihənin məqsədi gənclər arasında innovasiya sahibkarlığını təşviq etməkdir. Bu baxımdan, universitet-sənaye əməkdaşlığı pr...

Polşalı investorlar startap layihələrin işinə maraq göstərdi

2016-12-02 15:54:54
Polşalı investorlar startap layihələrin işinə maraq göstərdi Qafqaz Universiteti Texnoparkı (Qutexnopark) tərəfindən həyata keçirilən Yeni Fikir Müsabiqəsinin (YFM) qalibi olmuş layihələr polşalı investorların marağına səbəb oldu. Belə ki, ölkədə işgüzar səfərdə olan polşalı investorlar Qutexnopark-da fəaliyyət göstərən startap layihələrlə yaxından tanış olarkən, burada "Secop" və "Barille Pad" layihələrinə xüsusi maraq göstərdilər.   İnvestorlar hər iki layihə komandası ilə ayrı-ayrılıqda görüşərək, layihənin formalaşması və mövcud vəziyyəti, eləcə də perspektivlərini geniş müzakirə etdilər. Müzakirələrin sonunda hər bir layihənin mövcud vəziyyətini nəzərə alaraq, gələcəkdə əməkdaşlıq imkanları təklif edildi. Nəzərə alındı ki, əməkdaşlığın konkret və işgüzar müstəviyə keçirilməsi üçün müzakirələr davam etdirilsin.   Xatırladaq ki, investorların maraq göstərdiyi layihələrdən "Secop" və "Barille Pad" 2015-ci ildə keçirilmiş YFM-nin qalibləri olmuşdur. Qeyd olunan hər iki layihə əsasında müvafiq prototip cihaz ...

Elektronikanın əsasları və mikrokontrollerlərin proqramlaşdırılması təlimləri başladı

2016-12-02 15:15:40
Elektronikanın əsasları və mikrokontrollerlərin proqramlaşdırılması təlimləri başladı Qafqaz Universitetində fəaliyyət göstərən İKT Elmi Tədqiqatlar Mərkəzi (İKT ETM) və "ProgElectro Team" komandasının birlikdə həyata keçirdiyi "Elektronikanın əsasları və mikrokontrollerlərin proqramlaşdırılması" təlimləri başlamışdır.   2016-cı il Dekabr ayının 2-dən başlayan təlimlər  2016-2017-ci tədrsi ilinin sonuna kimi davam edəcək.   Təlimlərin məqsədi İKT ETM-ə qoşulan yeni, eləcə də mövcud tələbələrin, universitetin resurslarında istifadə edərək, bilik və bacarıqlarını inkişaf etdirmək və onların fərdi inkişaflarına təkan verməkdir.   Təlimlər zamanı auditoriya dərslərində tədris olunmayan, lakin "ProgElectro Team" komandasındakı üzvlərin 5 illik universitet həyatında qazanmış olduqları bilik və bacarıqları digər tələbələrlə paylaşmaq, həmçinin praktiki işlər görərək “kontroller proqramlaşdırması”nı daha effektli şəkildə öyrənmələrini təmin etmək nəzərdə tutulub.   "Elektronikanın əsasları və mikrokontrollerlərin proqramlaşdırılması" təlimlərinin hədəflərini aşağıdakı kimi qeyd etmək olar: &n...

"Step 2016" baş tutdu

2016-11-22 12:27:15
"Step 2016" baş tutdu Qafqaz Universitetinin Riyaziyyat və informatika ixtisasi üzrə 3-cü kurs tələbəsi Qəməz Baxışaliyevanın təklif etdiyi "Step 2016" layihəsi 19-20 Noyabr 2016-cı il tarixlərində Qutexnopark-da keçirildi.   "Step2016" fərqli və kreativ yanaşmaları ilə fərqlənən gənclər arasında işgüzar çevrə (network) formalaşdırmaqla yanaşı, onları sahibkarlıq fəaliyyətinə təşviq edən layihədir.   Layihə əsasında müxtəlif proqramlar həyata keçirildi. "Step2016"nı digər bənzər layihələrdən fərqləndirən əsas məqamlardan biri də, layihə əsasında həyata keçirilən proqramların əyləncəli və rəngarəng xarakter daşıması idi. Belə ki, iki gün davam edən layihə əsasında psixoloq Hüseyn Xəlilov, startaplar üzrə ekspert Cəsur Həsənov, musiqiçi Mina Abbasova, salsa müəllimi Zaur Məmmədov, biznes məsləhətçi Rasim Adjalov və startaplar üzrə mütəxəssis Vüqar Quluzadənin tədqdimatlarında fərqli görüşlər təşkil edildi.   Sonda iştirakçılara sertifikat təqdim olundu.   Qutechnopark...

Tələbərin sahibkarlıq yanaşması inkişaf etdirilir

2016-11-21 15:25:23
Tələbərin sahibkarlıq yanaşması inkişaf etdirilir              Müxtəlif proqramlarla gənclər arasında sahibkarlıq yanaşmasının inkişafını təşviq edən Qutexnopark, bu dəfə tələbələr tərəfindən təklif olunmuş sosial sahibkarlıq layihəsinin inkişafına dəstək verdi.               Qafqaz Universitetində bir neçə uğurlu layihə həyata keçirmiş "İz Sosial " layihəsi komandası tərəfindən təklif olunan "Sosial Sahibkarlıq" iki günlük təlim proqramı, 19-20 noyabr 2016-cı il tarixlərində Qutexnoparkda keçirildi.               "Sosial Sahibkarlıq" təlim proqramı layihəsi haqqında elan verildikdən sonra qeydiyyatdan keçən 20 tələbə təlimlərə cəlb edildi. Əsasən Qafqaz Universitetin işgüzar məzunları tərəfindən verilən təlimlər iştirakçılara sahibkarlıq, o cümlədən sosial sahibkarlıq haqqında bilik və bacarıqlar öyrətdilər. Təlimlərin sonunda iştirakçılar komandalara bölünərək, müxtəlif sosial problemlərin...

Bakıda ilk dəfə olaraq sosial sahibkarlıq kampı keçirilib

2016-11-21 15:23:42
Bakıda ilk dəfə olaraq sosial sahibkarlıq kampı keçirilib ""ın təşkilatçılığı ilə, Bakıda ilk dəfə Sosial Sahibkarlıq kampı keçirilib. Qutexnoparkda  təşkil edilən "Social Enterprise Bootcamp" adı altında bir günlük programda, gənc peşəkarlardan və fərqli universitetlerin tələbələrindən ibarət 27 iştirakçı 5 fərqli sosial problemin həllində baş sındırıblar. Maraqlı olan odur ki, ödəniləcək birinci şərt həmin problemlərin, biznes potensialı olan innovativ bir üsul ilə həll edilməsi olub.               Programda iştirakçıların qarşısına gənclər arasında işsizlik (jobgenius), alternativ gəlir mənbələrinin azlığı (jobshare), məktəblilər arasında mütaliyəyə meyliliyin azlığı (kitapp), savadlı tibbi ekspertlərin azlığı (sağlam ol), Azərbaycan dilində informasiya resurslarının məhdud olması (666) olmaqla 5 sosial problemin innovativ yollarla həlli məqsəd qoyulub.               Sosial Sahibkarlıq kampı prosesində 4 ...

BeBonobo Sinqapurda beynəlxalq biznes yarışının qalibi olub

2016-10-26 11:38:15
BeBonobo Sinqapurda beynəlxalq biznes yarışının qalibi olub Azərbaycanda yenicə qurulmuş startap koçinq və metnorluq laboratoriyasının startaplarından biri, Sinqapurda beynəlxalq biznes yarışının qalibi olub və 20,000 Sinqapur dolları (23,000azn) qazanıb. BeBonobo uzun müddətdir Malayziyanın startap sistemində fəaliyyət göstərən və Social Innovation Lab startap laboratoriyasının da qurucusu olan həmyerlimiz tərəfindən 2015-ci ildə qurulmuşdur. Sonradan komandasını quran həmyerlimizin komandasında hazırda Yəmən, Malayziya, Indoneziya və Azərbaycan olmaqla 4 fərqli ölkədən olan 6 nəfər fəaliyyət göstərir. BeBonobo yaşının bir ildən az olmasına baxmayaraq müxtəlif beynəlxalq startap yarışlarında yüksək nəticələr göstərərək özünə 42,000 azn “seed” (toxum) investisiya cəlb etməyi bacarmışdır. Malayziyada 2015-ci ildə keçirilən Cleantech Hackathon programında 2-ci yer, Tatarstan Respublikasında keçirilən Kazan OIC Youth Entrepreneurship Forum-da qalib komandalardan biri, keçən cümə günü, 21 Oktyabr tarixində isəhəmyerlimizin startapı BeBonobo Si...

Bu dəfə onlar 60 dəqiqədə Instagram proqram təminatı yaradacaq

2016-10-25 18:04:43
Bu dəfə onlar 60 dəqiqədə Instagram proqram təminatı yaradacaq Oktyabrın 29-da, saat 11:00 da Qafqaz Universitetində Grails Azerbaijan User qrupunun “Build Instagram with Groovy and Grails in 60 minutes”  adlı növbəti tədbiri keçiriləcək. Bu barədə Xeberler.az-a Grails Azerbaijan User Qrupunun qurucusu və rəhbəri Ziya Əsgərov məlumat verib.  Onun sözlərinə görə, tədbirdə ilk olaraq Grails proqramı haqda iştirakçılara  məlumat veriləcək. Daha sonra onlara 60 dəqiqə ərzində Groovy və Grailsproqramı ilə Instagram proqram təminatı yazmaq tədris ediləcək. Tədbir 4 mövzunu əhatə edəcək və ümumi olaraq 3 saat davam edəcək:   -JAVA Reflection API- 45 dəqiqə -RESTful Web Services in Grails -45 dəqiqə -Introduction to Grails-45 dəqiqə -Build Instagram with Groovy and Grails- 60 dəqiqə Qeyd edək ki, 60 dəqiqə ərzində sıfırdan Instagram Web Application yazılacaq.  İştirakçılara verilənlər bazasının yaradılması, kodlaşdırma və s. prossesler mərhələ-mərhələ təqdim ediləcək. Program Instagram-ın in dizayni üzərində yazılacaq. Yazılacaq  proqram real...

Qafqaz Universitetinin tələbəsi qrant qazandı

2016-10-24 17:14:31
Qafqaz Universitetinin tələbəsi qrant qazandı Qafqaz Universitetinin tələbəsi  Riad Bağırovun rəhbərlik etdiyi “Profitable Trader"  layihəsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi növbəti qrant müsabiqəsindən 12 000 manat məbləğində qrant qazanıb.   “Profitable"  layihəsi   xüsusi  olaraq  maliyyə bazarları və orda istifadə  üçün hazırlanmışdır.  Hazırlayacağımız proqrama uyğun  olaraq  maliyyə bazarları riyazi,statistik və digər  texniki  göstəricilər analiz edilir. Daha sonra isə avtomatik olaraq ticari proqnozlar verilir, bu da öz növbəsində şirkətlərin gələcək maliyyə qərarlarının alınmasında mühim rol oynayır.          Bütün göstəricilər avtomatik olaraq analiz edilir, sadəcə analiz etmək istədiyimiz ticarət alətini daxil etməklə ,  həmin ticarət aləti barədə  avtomatik proqnozlar verə bilərik.      Xeberl...

Lisa Cowey Qafqaz Universitetinin qonağı olub

2016-10-24 16:17:32
Lisa Cowey Qafqaz Universitetinin qonağı olub Bu gün Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndələri ilə birlikdə avropalı ekspert dr. Lisa Cowey`i Qafqaz Universitetinin qonağı olub. Rektor professor Havar Məmmədov qonağa universitetin maddi texniki və elmi potensialı haqda ətraflı məlumat verib. Görüşdə Təhsil nazirliyinin də tərəfdaşlığı ilə həyata keçirilməsi planlaşdırılan “Ali Təhsil Sisteminin Avropa Təhsil Məkanının Tələblərinə daha da uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi” üzrə Tvinninq layihəsi müzakirə olundu. Rektor H. Məmmədov Qafqaz Universiteti və onun fəaliyyət istiqamətləri, eləcə də ölkəmizin təhsil sistemində tutduğu əhəmiyyətli mövqeyindən bəhs edib. Professor qonağa Azərbaycanda və Qafqaz Universitetində fəlsəfə və elmlər doktoru hazırlığından, ölkəmizdə elmin və elmə olan marağın yüksək olmasından eyni zamanda elmə olan dövlət qayğısından ətraflı məlumat verib. Universitetin Elmi İşlər və Beynəlxalq Əməkdaşlıq üzrə prorektor professor Niftalı Qocayev Qafqaz U...

Polaşalı sahibkarlar QUtechnopark-da

2016-10-18 19:05:57
Polaşalı sahibkarlar QUtechnopark-da Polşadan ölkəmizə səfər etmiş sahibkarlardan ibarət nümayəndə heyəti, bu gün Qafqaz Universitetinin qonağı oldular. Görüş əsanasında qonaqlar Universitetin araşdırma və laboratoriya imkanları, eləcə də Qutexnoparkla tanış oldular. Qutexnopark-da keçirilən görüşlər ayrı-ayrı startup və rezidentlərin iştirakı ilə baş tutdu.  Görüşün sonunda Qutexhnopark-ın direktoru dosent İsa Qasımov və Universitetin Xarici Əlaqələr üzrə şöbə müdiri Üzeyir Bağırov qonaqlarla dəyirmi masa arxasında müzakirələr apardı və gələcəkdə əməkdaşlıq imkanları qiymətləndirildi. ...

QUTechnoparkda "İdeyadan istehsala" mövzusunda seminar keçirildi

2016-10-18 18:28:06
QUTechnoparkda "İdeyadan istehsala" mövzusunda seminar keçirildi Müxtəlif layihələrlə sahibkarlığın inkişafına dəstək verən QUTechnopark Təşəbbüskarlıq seminarları silsiləsindən növbəti seminarı keçirdi.   18 dekabr 2016-cü il tarixində keçirilən seminar "Sumaks" MMC-nin  Biznesin İnkişafı üzrə mütəxxəsisi, Heydər Əliyevin təqdimatında "İdeyadan istehsala" mövzusunda təşkil edildi. Seminarda Qafqaz Universitetinin tələbə və magistrları, eləcə də məzunları iştirak etdi.   Seminar mövzu əsasında aşağıdakı sahələr üzrə təqdimatlar aparıldı:                          Universitet və sənayenin qarşılıqlı əməkdaşlıq imkanları  Real layihələrdə iş prosesi Komanda ilə işləmək bacarıqları  İdeyadan istehsala gedən yol    Xatırladaq ki, ”Təşəbbüskarlıq Seminarları” Sahibkarlığın inkişafına dəstək layihəsidir.Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təşəbbüskar yanaşmanı inkişaf etdirməkdir. Bu aspektdə həyata keçiril...

CEO Summit 2016 keçirildi

2016-10-17 09:19:12
CEO Summit 2016 keçirildi Qafqaz Universiteti Texnoparkının (QUTechnopark) tərəfdaşlığı və Business Talk-ın təşkilatçılığı ilə Qafqaz Universitetində növbəti CEO Summit keçirilib.   CEO Summit 2016-da Spikerlər iş və karyera həyatı haqqında çıxış edib.   Spikerlər arasında Psixologiya və Konsultasiya Mərkəzi-nin təsisçi rəhbəri Elnur Rüstəmov, Uni Baby Türkiyə-nin təsisçi rəhbəri Ataman Özbay, T&J Marketing Solution-un təsisçi rəhbəri Teymur Məmmədov, Golden Pay-in təsisçi rəhbəri Fərid İsmayilzadə, Horeca.com.az və İdeya Qazandı Verlişi-nin təsisçi rəhbəri Rəşxan Qaraşlı yer alıblar.CEO Summit-də E.Rüstəmov “Uğurun psixologiyası”, A.Özbay “40-a qədər tərləməyən, 40-dan sonra ağlar”, T.Məmmədov “Gününə təkan ver həyatını yaşa - Kofe effekti”, F.İsmayılzadə “Texnologiya dünyanı hara aparır?”, R.Qaraşlı “Özün ol” mövzusunda çıxış edib.   CEO Summit 2016-da müxtəlif üniversitetlərin tələbə və ...